"Özəl ümumtəhsil müəssisələrində təhsil qiymətləri valideyn və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurum arasında olan məsələdir".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, nazirlik təhsil müəssisələrinin əsasən pedoqoji fəaliyyətini tənzimləyir: "Tədris planlarının Azərbaycanda mövcud olan standartlara uyğun təşkilinə nəzarət edirik”.