"Bizim təhsildə oxuyub-anlama bacarıqları ilə bağlı müəyyən mənada problemlər var. Çünki biz heç vaxt buna fokuslanmamışıq".
“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
"Biz oxuyub-anlamanı yox, misal olaraq, ibtidai siniflərdə şagirdin bir dəqiqə ərzində üzündən neçə söz oxuduğunu ölçmüşük. Amma oxuyub-anlama daha vacib amildir. Ola bilər ləng oxusun, lakin oxuduğunu anlasın. Daha sonra oxuduğunu mühakimə etmə bacarığı gəlir", - nazir əlavə edib.