Əli Əhmədov: "Cəmiyyətin təhsilə münasibəti dəyişməlidir"

Bakı. 21 iyun. REPORT.AZ/ "Hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir".

"Report" xəbər verir­ ki, bunu Baş nazirin mü­avini Əli Əhmədov Təhsil Nazi­rliyinin hesabat tədb­irində dey­ib.

Onun sözlərinə görə, dövlətin təhsilə diqqət və qayğısının artırılmasına ehtiyac var: "Ölkədə insan kapitalının rolunun artırılması təhsilin keyfiyyətinin yüksəldilməsindən kənarda dura bilməz".

Ə.Əhmədov bildirib ki, diaqnostik qiymətləndirilmə nəticəsində müəllimlərin maaşı artıb: "Maaşın artırılması müəllimlərin nüfuzunun artmasına təsir edir. Təhsilin cəmiyyət üçün dəyər kimi nüfuzunun artırılması vacibdir".

Digər xəbərlər