DİM rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edib

Dövlət İmtahan Mərkəzi rus dili fənni üzrə mütəxəssislərin işə qəbulunu elan edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, fənn üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin funksiyaları aşağıdakılardır:

- Rus dili və ədəbiyyatı fənni üzrə yoxlama-ölçmə materiallarının hazırlanması və ekspertizası üzrə tələb olunan işləri həyata keçirmək;

- Fənn üzrə ümumi metodiki göstərişlərin işlənib hazırlanmasında iştirak etmək.

İxtisas tələbləri və digər şərtlər:

Namizəd aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:

- Filologiya (rus dili və ədəbiyyatı);
- Xarici dil müəllimliyi (rus dili üzrə);

İşə götürülənin vəzifəsi, əmək haqqı və iş qrafiki əmək müqaviləsinə əsasən müəyyən olunur. Vakansiya ilə maraqlanan şəxslərdən CV formasını buradan yükləyib tam şəkildə dolduraraq 2021-ci il oktyabrın 10-dək test@dim.gov.az elektron poçt ünvanına mövzu hissəsində “İşə qəbul” yazaraq göndərmələri xahiş olunur.

Digər xəbərlər