Ali təhsil müəssisələrində təhsil haqqının qaldırılması dövlətin nəzarəti ilə həyata keçirilməlidir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov komitənin sentyabrın 11-də keçirilən iclasındakı çıxışında deyib.
O qeyd edib ki, bəzi ali təhsil müəssisiələrində təhsil haqqının artırılması ciddi müzakirələrə səbəb olub:
"Hər hansı universitet istənilən məbləği müəyyənləşdirməməlidir. Qiymət məsələsi Nazirlər Kabinetinin qərarı və ya başqa bir formada təsdiqlənə bilər".