Bu gün baş tutan mərasimlə Azərbaycan İlahiyyat İnstitutundan 59 tələbə məzun olub.
"Report" xəbər verir ki, bunu İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məzunlardan 4-ü (2-si əcnəbi olmaqla) magistratura pilləsini bitirir:
"Bu gün həmçinin İlahiyyat Kollecində ilk dəfə "Məzun günü" baş tutub. Kollecdən 15 tələbə məzun olur".
Rektor əlavə edib ki, 300 tələbəsi olan İlahiyyat İnstitutunun 70-dən çox tələbəsinə dövlət tərəfindən təqaüd verilir:
"Təqaüdlər Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə verilir".
A. Şirinov bildirib ki, İnstitut yeni yaranmış təhsil müəssisəsi olmasına baxmayaraq, 5 ildir məzunlar daha rahat şəkildə işlə təmin olunurlar: