BŞTİ: "Bu il 46 mindən çox şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb"

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 46 000-dən çox şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə yerdəyişməsi aparılıb.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Bildirilib ki, bu prosesin elektronlaşdırılması valideynlərin rahatlığına, şəffaflığın artırılmasına, təhsil sahəsində göstərilən elektron xidmətlərin sırasının genişləndirilməsinə imkan verir.

Digər xəbərlər