Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib.
Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, magistratura səviyyəsi üzrə elan olunan “The Alexandros Petersen Scholarship” təqaüd proqramının müddəti 1 ildir.
Proqramda iştirak etmək istəyənlər üçün 18 dekabr 2019-cu il son müraciət tarixidir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.