Birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır

Bu gün saat 11-dən birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır.

“Report” xəbər verir ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.

Birinci sinfə qəbul üçün Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər. Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçiminə isə 1 may tarixindən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ili üzrə Azərbaycanın bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat isə martın 10-da başlayıb.

Bu gündən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.

Digər xəbərlər

Bu il 116 550 şagird məzun olur 11 iyun, 2026 / 17:18