Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlanıb

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə "Report"a İdarədən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50