Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tələbələr və məzunlar üçün yay məktəbi təşkil edir

Bakı. 23 aprel. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tələbələr və məzunlar üçün yay məktəbi təşkil edir.

"Report"un məlumatına görə, yay məktəbi 18-27 iyul Bakıda təşkil olunacaq.

Yay məktəbində Azərbaycan, onun mədəniyyəti və multikulturalizm ənənələri ilə maraqlanan tələbələr və məzunlar iştirak edə bilərlər.

Proqramda iştirak etmək istəyənlər ərizələrini mayın 30-a qədər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə təqdim etməlidirlər. Proqram ötən il də keçirilib.

Digər xəbərlər