Bakı. 8 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Zeynab Kazımova təyin olunub. Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bundan öncə o, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri olub.
Xatırladaq ki, BANM-in İctimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki rəisi Kəmalə Paşayeva təhsilini doktorantura pilləsində davam etdirmək üçün Türkiyəyə gedib.
Zeynab Kazımova BANM-də artıq fəaliyyətə başlayıb.