AMEA-nın vitse-prezidenti vəzifəsinin icraçısı təyin edilib

Akademik Gövhər Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezident vəzifəsini müvəqqəti icra edən təyin olunub.

"Report" xəbər verir ki, bu barədə AMEA Rəyasət Heyəti qərar verib.

Eyni zamanda, İctimai Elmlər Bölməsinə rəhbərlik də akademik Gövhər Baxşəliyevaya həvalə olunub.

Digər xəbərlər