ADNSU-nun rektoru: Bu il NASCO-ya ilk dəfə rekord sayda müraciət qeydə alınıb

Bu il NASCO-ya ilk dəfə rekord sayda müraciət qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov Doktorantların və Gənc Tədqiqatçıların XXVIII respublika elmi konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2025-ci ildə 649 müraciət olub və onlardan 610-u qəbul olunub:

"Ümumiyyətlə, son illər NASCO-ya məqalələrin qəbulu çətinləşdirilib. Təqdimat etməyənlərin məqalələri çap olunmur. Ancaq buna baxmayaraq, qəbul olunan məqalələrin sayında artım görürük. Əvvəllər daha çox humanitar sahələrdə məqalələr təqdim edilirdi. Ancaq son illərdə mühəndislik sahəsində də məqalələrin sayının artdığını görürük. Həmçinin son iki ildə plagiat tezislərə və məqalələrə rast gəlmirik".

Rektor həmçinin bildirib ki, bu il NASCO-da yenilənmələr həyata keçirilib:

"Bu il ilk dəfə olaraq konfransın veb-səhifəsi hazırlanıb. Düzgün və sistemli şəkildə kommunikasiya qurulub".

Digər xəbərlər

İki kollecə yeni təyinat olub 12 dekabr, 2025 / 09:50