Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib

Zəngəzur Milli Parkında 5 bəbir görüntülənib.

"Report"un yerli bürosu xəbər verir ki, Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan 5 bəbirin görüntüsü paylaşılıb.

Paylaşımda deyilir:

"Məlumat verdiyimiz kimi, biz 2007-ci ildən başlayaraq ölkəmizdə foto və videotələlər vasitəsilə Bəbir (Panthera pardus) və onun qida obyektlərinin, rəqib növlərin monitorinqini aparırıq. İlk dəfədir ki, kameralarımıza 5 bəbir bir yerdə düşür. Onun dördünü yaxşı tanıyırsız - adını sizinlə birlikdə Banu qoyduğumuz ana bəbir və yanında 3 balasıdır. Beşinci fərd isə qonşu dövlətləri də gəzib gələn SC_026 kodlu bir erkəkdir".

Qeyd edək ki, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İDEA İB ilə birgə həyata keçirilir.

Digər xəbərlər

Sabah hava çiskinli olacaq 26 fevral, 2026 / 12:31
Sabah hava yağmursuz olacaq 25 fevral, 2026 / 12:31
Sabah hava çiskinli olacaq 24 fevral, 2026 / 12:27
Sabah Bakıda hava çiskinli olacaq 23 fevral, 2026 / 12:23