Zaqataladan axan çaylarda sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb

Zaqatala rayonu ərazisindən axan dağ çaylarında selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. Təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır.

Qeyd olunub ki, rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 45 km-ə yaxın sahil mühafizə bəndləri mövcuddur. Onlardan əkin sahələrinin, yaşayış məntəqələrinin mühafizə olunması məqsədilə 100 paqonometr uzunluğunda daş-beton bəndlər təmir olunub. Çaylarda isə buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi sahəsində 236 min kbm-dən artıq həcmində müvafiq işlər görülüb. Hazırda ən təhlükəli çaylardan hesab olunan Muxaxçay sisteminin buldozerlərlə tənzimlənməsi davam edir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34