Zaqatala-Balakən biosfer qoruğu 2023-cü ilin sonuna qədər hazır olacaq

"Zaqatala-Balakən biosfer qoruğunun yaradılması layihəsinin hazırlıq işləri bitib".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda Almaniya İnkişaf Bankının təşkilatçılığı ilə Almaniyada beynəlxalq tender keçirilib və tenderə təşkilatlar cəlb olunub: "Yaxın həftələrdə tenderin qalibinin elan ediləcəyi gözlənilir. Tenderin qalibi olan şirkət, yəni icraçı şirkət biosfer qoruğun yaradılması işlərinə başlayacaq".

O qeyd edib ki, layihənin, ümumilikdə, 4 il ərzində başa çatdırılması nəzərdə tutulur və 2023-cü ilin sonuna qədər bitməsi planlaşdırılır: "Layihə çərçivəsində Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında və ətraf ərazilərdə istər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsi, istərsə də sosial yönümlü tədbirlərin, yəni orada yaşayan əhalinin həyat səviyyəsinin yüksəldilməsi, həmin ərazinin tam ekoloji cəhətdən təhlükəsiz bir əraziyə çevrilməsi nəzərdə tutulub".

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34