Yaxın günlərdə rayonlara yağış yağacaq, şimşək çaxacaq

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, son günlər ölkə ərazisində cənub küləyi fonunda hava şəraiti mülayim, əsasən yağmursuz keçir.

Havanın temperaturu normadan 2-4.5° yüksək olub. Bu gün, gün ərzində sabit hava şəraiti davam edəcək, lakin Cənub-qərb küləyi arabir güclənəcək, 20-də isə şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam və 21-də güclənəcək.

Bölgələrdə 20-si gündüzdən 22-dək arabir yağıntılı olacaq.Əsasən şimal və qərb rayonlarında intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38