Yardımlıda ağacın budaqlarını qanunsuz kəsən şəxs cərimələnib

Bakı. 12 avqust. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar xətt”inə Yardımlı rayonu Ərus kənd sakini Rahim Qarayev tərəfindən kənd qəbiristanlığı ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbaut xidmətindən “Report”a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti dərhal yerində araşdırıblar.

Əraziyə keçirilən baxış zamanı 2 ədəd alça ağacının qanunsuz olaraq budandığı məlum olub.

Araşdırma zamanı yaşköküstə ağacların budaqlarının Ərus kənd sakini Dədəbəy Ağayev tərəfindən kəsildiyi aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və o, qanunvericiliyə uyğun qaydada 100 manat məbləğində cərimə edilib.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02