​Abşeron Milli Parkının sanitariya-mühafizə zonası təsdiqlənib

Bakı. 2 mart. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikasının Abşeron Milli Parkının sanitariya-mühafizə zonası"nın təsdiq edilməsi barədə qərar verib.

"Report"un xəbərinə görə, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Abşeron Milli Parkının sanitariya-mühafizə zonası parkın hüdud xəttindən bütün perimetri boyunca quruda 2000 metr məsafədə (xüsusi təyinatlı yerlər istisna olmaqla) və Xəzər dənizinin su akvatoriyasında 3000 metr məsafədə təsdiq edilib.

Digər xəbərlər

Sabah bəzi rayonlarda leysan olacaq 19 avqust, 2026 / 12:31
Sabah 37 dərəcə isti olacaq 14 avqust, 2026 / 12:22