Xəzər dənizində kompleks ekoloji tədqiqatlar keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun əməkdaşlarından ibarət ekspedisiya qrupu tərəfindən Xəzər dənizində Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə keçirilən növbəti kompleks ekoloji monitorinqlər başa çatıb.

"Report" xəbər verir ki, monitorinqlər zamanı Xəzər dənizinin Muxtadır, Quba, Siyəzən, Giləzi, Cənub-Şərqi Qoltuq, Şimal-Şərqi Qoltuq, Lənkəran, Kür dili və Şahağacı kəsimlərində dənizin hidrobioloji vəziyyəti təhlil edilib.

Belə ki, su, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22