Xəzər dənizi sahillərində yüzlərlə suiti ölüsü aşkar olunub

Bakı. 16 noyabr. REPORT.AZ/ Xəzər dənizində uzunsürən qasırğalar nəticəsində yüzlərlə suiti ölüb.

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Rusiya Balıqçılıq üzrə Federal Agentliyinin Qərbi-Xəzər Ərazi İdarəsinə istinadən "İnterfax" məlumat yayıb.

"İlkin rəyə görə, Xəzər dənizinin Dağıstan sahilləri boyunca aşkar olunan 300-dən çox suiti, uzunsürət qasırğalar nəticəsində ölüb. Mütəxəssislər müəyyən ediblər ki, bunlar, əsasən yaşlı suitilər olublar və qasırğalar onların təbii ölümünü sürətləndirib", - deyə idarədən bildirilib.

Digər xəbərlər

Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58