Xaçmazda qanunsuz ov edən şəxslər cəzalandırılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı brakonyerin Siyəzən rayon sakini Ramin Zeynalov olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb: “Keçirilən nəzarət tədbirləri zamanı inzibati rayonların ərazisində qanunsuz ov etdiklərinə görə Neftçala rayon sakini Bəxtiyar İsmayılov, Biləsuvar rayon sakini Surac Baxşiyev, Ağdaş rayon sakini İlham Məmmədov, Füzuli rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Orxan Əlizadə, Emil Əminov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib”.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34