Vüqar Kərimov: Azad edilmiş ərazilərdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb

İşğaldan azad edilmiş rayonların planlaşdırma sənədlərinə uyğun olaraq, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli rayonlarının ərazisində ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşının verdiyi xəbərə görə, bu fikirləri Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.

O bildirib ki, eyni zamanda, meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları çərçivəsində Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli və Laçın rayonları ərazisində ümumilikdə 408 hektar meşə fondu sahələrində əkin və səpin işləri icra olunub.

"Həmçinin, "Azərbaycan‒Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi"nin və "Ağıllı Tinglik Təsərrüfatı"nın yaradılması ilə bağlı işlər aparılır. Xüsusilə, Ağdərə, Laçın, Zəngilan və Cəbrayıl rayonlarının ümumilikdə 240 hektar meşə fondu sahələrində meşəbərpa tədbirlərinə başlanılıb, hazırda meşə əkini və səpini işləri davam etdirilir", - V.Kərimov qeyd edib.

Digər xəbərlər

Sabah güclü külək əsəcək 02 dekabr, 2025 / 13:37
Sabah yağış yağacaq - PROQNOZ 02 dekabr, 2025 / 12:26