Ümumdünya Ətraf Mühit Günü münasibətilə ağacəkmə aksiyası təşkil olunub

5 iyun – Ümumdünya Ətraf Mühit Günü (WED) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Aksiyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vəzifəsini icra edən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Nazirliyin rəsmiləri, UNEP nümayəndələri və ekokönüllülər iştirak ediblər.

Tədbir çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Aksiyanın məqsədi Ümumdünya Ətraf Mühit Gününün əhəmiyyətini vurğulamaq, Azərbaycanın ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və iqlim dəyişiklikləri ilə mübarizə sahəsində həyata keçirdiyi təşəbbüsləri diqqətə çatdırmaq, eyni zamanda cəmiyyətdə ekoloji məsuliyyətin və təbiətə qayğı mədəniyyətinin təşviqidir.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38