Sabah Bakıda sulu qar yağacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ Sabah Bakıda sulu qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, dekabrın 4-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 2-4, gündüz 5-7 dərəcəyə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Digər xəbərlər

Sabah 20 dərəcə isti olacaq 22 mart, 2026 / 12:14
Bakıda duman müşahidə olunur 16 mart, 2026 / 15:54