Qudyalçayın Xaçmazdan keçən hissəsində təmizlik aksiyası aparılıb

Qudyalçayın Xaçmaz rayonu ərazisindən keçən hissəsində monitorinq və təmizlik aksiyası aparılıb.

"Report" xəbər verir ki, monitorinq nəticəsində aşkarlanan məişət tullantılarının daşınması təmin edilib. Bunun üçün əraziyə aidiyyəti qurumların canlı qüvvəsi və texnikası cəlb olunub.

Bildirilib ki, Xaçmaz Rayon İcra Hakimiyyəti və əlaqədar təşkilatlar rayon ərazisində təmizliyin təmin olunması və ətraf mühitin mühafizəsi məqsədilə zəruri tədbirlər görür, təmizlik və abadlıq işləri mütəmadi davam etdiriləcək.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38