"Qırmızı Kitab"a düşən şahin quşları Siyəzən və Şabranda təbiətə buraxılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı "Qırmızı Kitab"a düşən şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev "Report"a bildirib ki, bu gün keçirilən tədbirdə Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda "Qırmızı Kitab"a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.

Xidmət rəsmisi, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun və Qətər Dövlətindən ölkəmizə gələn qonaqların iştirak etdiyini də vurğulayıb.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38