Azərbaycanın rayonlarında qeyri-sabit hava mayın 25-dək davam edəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Digər xəbərlər

Sabah hava yağmursuz olacaq 16 noyabr, 2026 / 12:52
Sabah Bakıda yağış yağacaq 14 noyabr, 2026 / 12:40