Qaxa 1 metrə yaxın qar yağıb

Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.

Bu barədə "Report"un yerli bürosu xəbər verir.

Belə ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.

Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.

Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.

Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.

Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar kəndindən biri, Qaxın isə ən ucqarda yerləşən yaşayış məntəqəsidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.

Digər xəbərlər

Kükü dağına qar yağıb 04 oktyabr, 2026 / 11:43
Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20