Qax rayonuna qar yağıb - FOTO - VİDEO

Qax rayonu ərazisinə qar yağıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, gecə saatlarından başlayan yağış səhər saatlarından etibarən qara çevrilib.

Qar, rayonun əsasən dağlıq ərazilərində yerləşən İlisu, Sarıbaş və Ağçay kəndlərinə düşüb. Yağıntı ilə əlaqədar dağ kəndlərinə gedən avtomobil yollarında nəqliyyatın hərəkətində problem yaratmayıb.

Hazırda İlisu, Sarıbaş və Ağçay kəndlərində qar yağmaqda davam edir. Qarın hündürlüyü bəzi yerlərdə 10 santimetrə çatır. 

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38