Qarabağ və Şərqi Zəngəzurda ekoloji vəziyyət müzakirə ediləcək

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ekoloji vəziyyətinə dair "dəyirmi masa" keçiriləcək.

"Report" xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü il yaz sessiyası üçün işlər planına daxil edilib.

Eyni zamanda, COP29 çərçivəsində Bakıda atmosferə atılan tullantıların idarə edilməsinə dair dinləmələr, Xəzər dənizinin Azərbaycan sektorunda bioresursların birgə monitorinqdə iştirak, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi ilə əlaqədar birgə müzakirələr nəzərdə tutulub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34