Ölkədə hava şəraiti dəyişib, Xəzərdə dalğanın hündürlüyü 4,8 metrə çatıb

Bu gün saat 13:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, küləyin maksimal sürəti Tərtərdə 25 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Neftçala, Xaçmazda 20 m/s, Balakəndə 18 m/s, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Abşeron yarımadası və Bakıda 35 m/s, Sumqayıt, Maştağada 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahıda 28 m/s, Qum adasında 27 m/s, Ələt, Binədə 24 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4, 8 metrə çatıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34