Zaqatalada qarın hündürlüyü bir metri keçib - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində şaxtalı hava şəraiti müşahidə olunur, yağıntılar səhər saatlarından kəsilib.

Qurumdan "Report"a verilən məlumata görə, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 105, Qaxda (Sarıbaş) 68, Şəki və Qəbələdə 45, Lerikdə 43, Altıağacda 34, Qubada 29, Oğuzda 25, Xaltan və İsmayıllıda 22, Şahdağda 17, Astara və Şahbuzda 15, Ağsu və Daşkəsəndə 14, Balakən və Lənkəranda 12, Xınalıq və Qobustanda 11, Gədəbəydə 8, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şuşa və Qusarda 6, Yardımlıda 5, Göyçayda 4, Xankəndi, Şabran və Tərtərdə 3, Xocalıda 2, Sədərəkdə 1 sm-dir.

Göygöl, Balakən, Şəki, İmişli, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 1000 m-dək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 6, Naxçıvan MR-da 8, dağlıq rayonlarda isə 21 dərəcəyədək şaxta qeydə alınıb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34