Növbəti 2 gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 19 fevral. REPORT.AZ/ “Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti nisbətən sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, fevralın 19-u gündüz saatlarından yağmur tədricən kəsiləcək: "Fevral ayının 20-21-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin bəzi şimal və şərq rayonlarında hava şəraiti az yağıntılı olacaq. Şərq küləyi əsəcək".

G.Məmmədova qeyd edib ki, temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02