Niderland sahillərində suyun səviyyəsi iki metrə qədər yüksələ bilər

Niderland Krallığının Meteorologiya İnstitutu xəbərdarlıq edib ki, ölkə sahillərində dənizin səviyyəsi 2100-cü ilə qədər iki metr yüksələ bilər.

“Report” xəbər verir ki, bu barədə “DutchNews.nl” portalı məlumat yayıb.

Meteoroloqların hesabatına görə hadisələrin bu cür inkişafı, Cənub qütbündə buzlaqların əriməsi sürətlənəcəyi halda mümkün olacaq. Bundan başqa istixana qazı tullantıları azalmasa, dəniz səviyyəsi 1,2 metr yüksələcək.

İnstitut bəyan edib ki, ölkədə yay aylarında güclü qasırğalar və quraqlıq daha tez -tez baş verəcək, çaylarda suyun səviyyəsi yayda azalacaq və qışda yüksələcək.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24