Xəzərin geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb 

Xəzər dənizinin Neftçala rayonu ərazisində suyun geri çəkilməsi nəticəsində 9 min hektara yaxın torpaq sahəsi üzə çıxıb.

“Report”un Aran bürosuna ekoloqların verdiyi məlumata görə, rayon ərazisində Xəzər dənizinin qalxması sonuncu dəfə 1982-ci ildən müşahidə olunub. 1996-cı ildən etibarən tədricən geri çəkilmələr başlayıb.

Dənizin daha sürətlə geri çəkilməsi isə 2015-2020-ci illərə təsadüf edib. Bu proses indi də davam edir.

Mütəxəssislərin fikrincə, dənizin geri çəkilməsi qabarmalar və çökmələr nəticəsində baş verir.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34