Neftçalada ov qaydalarını pozanlar saxlanılıb

Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxslər saxlanılıb.

Bu barədə "Report"a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı həmin şəxslərin Neftçala rayonu Dördlər kənd sakinləri Ağakişi Quliyev, Yusif Əliyev, Tatarməhlə kənd sakinləri Xəyal Vəliyev, Əfqan Həziyev, Vidadi İskəndərov, Abasallı kənd sakini Vasif Cəbrayılov və Bakı şəhər sakini Nazim Rzayev olduğu müəyyən edilib.

Onlardan ov silahları, qanunsuz ovlanmış bir baş çöl donuzu və çöl quşları aşkar edilərək götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34