Nazirlik icazəsiz ov edən şəxsi 1000 manat cərimələyib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunana Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində icazəsiz ov edən şəxsi saxlayıb. 

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı təqsirkar şəxsin Biləsuvar rayon Xırmandalı kənd sakini Elçin Əhədov olduğu məlum olub. Faktla bağlı E.Əhədov barəsində akt, protokol tərtib edilib və inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub. Ondan ov tüfəngi, patron və 4 gərəf quşu götürülüb.

Digər xəbərlər

Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24