ETSN: Ötən il milli parklara 79 997 turist səfər edib

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycanın milli parklarına 2018-ci il ərzində ümumilikdə 79997 turist səfər edib, bunların 72519-u yerli, 7478-i isə xarici vətəndaş olub.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, ölkədə 10 milli park fəaliyyət göstərir. Milli parklara səfər etmək istəyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytına daxil olub istədikləri milli parka onlayn şəkildə və ya milli parkların giriş məntəqələrindən bilet əldə edə bilərlər. 

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17
Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37