Madaqaskarda cırtdan lemurların yeni növü aşkar edilib

Bakı. 16 yanvar. REPORT.AZ/ Amerikalı alimlər Madaqaskarda cırtdan lemurların yeni növünü kəşf ediblər.

“Report” xəbər verir ki, yeni növ "Primate Conservation" jurnalında təsvir edilib.

Heyvan avstraliyalı primatoloq Kolin Qrovsun şərəfinə "Cheirogaleus grovesi" - cırtdan lemur Qrovs adlandırılıb. Onun bədəninin uzunluğu 17 sm, quyruğunun uzunluğu 28 sm-dir. Digər lemurlarda olduğu kimi, onun da böyük gözləri və güclü dırnaqlı barmaqları var. Bu canlılar adanın cənub-şərq hissəsində yaşayır və iki milli parkda - Ranomafana və Andrinqitrada aşkar edilib. Onlar tropik meşələrdə məskunlaşır və əsasən, meyvələrlə qidalanırlar.

Yeni növü DNT analizi sayəsində kəşf etmək mümkün olub.

Digər xəbərlər

Kükü dağına qar yağıb 04 oktyabr, 2026 / 11:43
Sabah da Bakıya yağış yağacaq 03 oktyabr, 2026 / 12:33
Kəlbəcərə sulu qar yağıb 02 oktyabr, 2026 / 10:23
Sabah Azərbaycanda leysan yağacaq 01 oktyabr, 2026 / 13:20