Bakıda havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA

Bu gün saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, düşən yağışın miqdarı Lənkəranda 24 mm, Qrızda 23 mm, Xaltanda 22 mm, Altıağacda 17 mm, Qobustanda 16 mm, Astarada 14 mm, Şabran, Xınalıqda 13 mm, İsmayıllı, Şahdağda 12 mm, Şamaxı, Sumqayıtda 11 mm, Şəki, Kürdəmir, Qubada 9 mm, Qəbələ, Ağsu, Qusarda 8 mm, İmişlidə 7 mm, Ləzədə 6 mm, Ordubadda 5 mm, Biləsuvarda 4 mm, Mingəçevir, Ağdamda 3 mm, Lerik, Göyçay, Sarıbaşda (Qax) 2 mm, Naxçıvan, Şahbuz, Ağdərə, Göygöl, Naftalan, Zaqatala, Yardımlı, Bərdə, Yevlax, Beyləqan, Sabirabad, Cəfərxan, Salyanda 1 mm-dək olub.

Havanın temperaturu iyulun 24-də Bakıda iqlim normasından 1.3 dərəcə aşağı olub. Maksimal temperatur Naxçıvan MR-da 30-35 dərəcə isti, Bakıda və Abşeron yarımadasında 28, dağlıq rayonlarda 21, aran rayonlarında 32 dərəcəyədək isti olub.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38