Kür çayının səviyyəsi artıb, sel və daşqın təhlükəsi yaranıb - FOTO

Bakı. 25 yanvar. REPORT. AZ / Salyan və Neftçala rayonları ərazisindən keçən hissəsində Kür çayının səviyyəsi artıb. "Report" xəbər verir ki, son günlər havaların yağışlı keçməsi nəticəsində Kür çayının aşağı axınında bu, daha çox müşahidə olunur. 

Təkcə bu gün hər iki rayonda çayın səviyyəsi 4 santimetr artıb. Son bir ayda isə Kür çayının səviyyəsi ümumilikdə bir metrə yaxın qalxıb.

Mütəxəssislərin fikrincə, Kür çayının səviyyəsi bundan sonra 1-1,5 metr qalxarsa qurunt sularının üzə çıxmasına gətirib çıxara bilər. Bu da sel və daşqınlarla nəticələnə bilər.

Digər xəbərlər

Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38