Bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycanın bəzi bölgələrində mayın 14-16-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Qobustan,Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Digər xəbərlər

Sabah yağış yağacaq - Proqnoz 05 noyabr, 2026 / 12:26
Sabah Bakıda hava yağmursuz olacaq 03 noyabr, 2026 / 12:17