Kökünün kəsilməsi təhlükəsi olan fauna və flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi qaydalarına dəyişiklik edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarətinin tənzimlənməsi Qaydaları"na dəyişiklik edilməsi barədə qərar imzalayıb.

"Report"un məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

İcazə/sertifikatın verilməsi qaydaları və şərtlərinin 3.1-ci bəndinə edilən dəyişikliyə əsasən nümunələrin beynəlxalq ticarəti üçün icazə/sertifikatı almaq istəyən fiziki və ya hüquqi şəxslər ərizə ilə inzibati orqana "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə (Ərizəçinin lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada ərizə təqdim etməsi) uyğun olaraq müraciət edə bilərlər. 

Digər xəbərlər

Sabah 22 dərəcə isti olacaq 01 noyabr, 2026 / 12:29
Şahdağa qar yağıb - Faktiki hava 31 oktyabr, 2026 / 10:37
Sabah Bakıda hava yağmursuz olacaq 29 oktyabr, 2026 / 12:37
Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20