Bəzi yerlərdə iyulun 21-i axşamadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir

İyulun 21-i axşamadək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Digər xəbərlər

Bakıda sabah 21 dərəcə isti olacaq 26 oktyabr, 2026 / 12:20
Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19