İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıb

İmişlidə qanunsuz ov edən Küveyt vətəndaşları cəzalandırılıb.

"Report" xəbər verir ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi növbəti nəzarət tədbirləri zamanı İmişli rayonu ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxslərin Küveyt vətəndaşları Khaled Wkhsa Alzaid və Ahmad Fmf Aloudah olduğu müəyyən edilib.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34