İradə İbrahimova: "Milli Meşə Proqramının ilkin layihəsi hazırdır"

Bakı. 22 fevral. REPORT.AZ/ "Hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq sənədin ilkin layihəsi hazırdır".

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır. Bu da ölkə ərazisinin, ümumilikdə, 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir.

Nazirlik rəsmisi bildirib ki, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi əsas prioritetlərdən biridir: "Bu istiqamətdə işlər daha sistemli və kompleks şəkildə qurulur. 2020-2030-cu illəri əhatə edəcək yeni proqram beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görüləcək işlər üçün yol xəritəsidir".

İ.İbrahimova vurğulayıb ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.

Digər xəbərlər

Sabah Bakıda yağış yağacaq 24 oktyabr, 2026 / 12:24
Sabah Bakıda yağış yağacaq 22 oktyabr, 2026 / 12:19
Sabah rayonlarda yağış yağacaq 21 oktyabr, 2026 / 12:22
Ordubada qar yağıb - Faktiki hava 21 oktyabr, 2026 / 11:02
Sabah rayonlara yağış yağacaq 20 oktyabr, 2026 / 12:34
Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34