Hüseyn Bağırov Zaqatalada vətəndaşları qəbul edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyunun 19-da Zaqatala şəhər 2 saylı orta məktəbdə Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, yaxud nazirliyin 168 saylı "Qaynar xətt"i, həmçinin Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.           

Digər xəbərlər

Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22
Sabah leysan olacaq - XƏBƏRDARLIQ 08 oktyabr, 2026 / 17:58
Sabah Bakıda hava yağmursuz olacaq 07 oktyabr, 2026 / 12:55