Hüseyn Bağırov: "Qanunsuz ovun qarşısı alınarkən münaqişəli situasiyalar yaranır"

Bakı. 13 may. REPORT.AZ/ "Qanunsuz ovun qarşısı daima alınır". "Report"un məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "ASAN radio"nun “QəbuldASAN” verilişində bildirib.

O deyib ki, qanunsuz ov edənlərin qarşısı alınarkən münaqişəli situasiyalar da yaranır: "Çünki bir sıra hallarda xarici vətəndaşlar da ölkəmizə gəlib Azərbaycan qanunlarına riayət etməyəndə nazirlik prinsipal mövqe nümayiş etdirir. Çox xoş haldır ki, nazirlik bu mövqeyində dəstək tapır. Azərbaycanda brokenyerlik demək olar yoxdur. Ancaq istisnalar var. Hər il çoxsaylı tüfənglər müsadirə edilir, cərimələr olur". 

Digər xəbərlər

Sabah rayonlara yağış yağacaq 19 oktyabr, 2026 / 12:34
Sabah Bakıda hava çiskinli olacaq 15 oktyabr, 2026 / 12:38
Sabah yağış yağacaq 11 oktyabr, 2026 / 12:22